Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
9 fevral 2020-ci ildə keçirilən parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi

0

  •      10 mart 2020-ci ildə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. Həmin iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və ətraflı nitq söylədi. Əminliklə bildirdi ki, altıncı çağırış Milli Məclis uğurla fəaliyyət göstərəcək, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlar, onların dərinləşməsi işinə öz töhfəsini verəcəkdir.   Fevral ayının 9-da keçirilən növbədənkənar parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi. Ona görə önəmli idi ki, aparılan yeni islahatların dərinləşdirilməsi və genişləndirilməsi üçün yenilənmiş qanunvericilik orqanına ehtiyac var idi. Seçkiyə maraq çox idi. 1300-dən çox namizədin iştirak etməsi buna əyani sübut idi. Bütün namizədlər üçün bərabər şərait yaradılmış, heç bir ayrıseçkiliyə yol verilməmişdir.    Seçki prosesi uğurla keçmişdir. Beynəlxalq təşkilatların və xarici müşahidəçilərin çoxluğu seçkiyə olan böyük maraqdan xəbər verirdi. Onların əksəriyyəti keçirilən parlament seçkilərinin nəticələrini tanıdıqlarını bəyan etdi və demokratiyanın inkişafı yolunda uğurlu addım kimi qiymətləndirdi. Doğrudur, qüsurlar da oldu. 4 dairənin nəticələri ləğv edildi. Ancaq bütün bunlar ümumi seçkilərin nəticəsinə təsir göstərmədi. Qərəzli yanaşan bəzi təşkilatlar “demokratiya” pərdəsi altında müxalifyönümlü qüvvələrlə birləşərək nəticələrə kölgə salmağa çalışsalar da,bundan artığına nail ola bilmədilər.   Ölkədə yeni islahatların ilk növbədə icra strukturlarında və qanunvericilik orqanlarında həyata keçirilməsi zəruri idi. Bunun üçün çoxpartiyalılıq sistemini inkişaf etdirmək, partiyalararası əlaqəni və əməkdaşlığı genişləndirmək, kadr islahatlarının aparılmasını davam etdirmək, bütün qurumlarda təmizləmə işlərinə başlamaq qarşıda duran əsas vəzifələrdən idi.   Cənab prezident İlham Əliyevin verdiyi mesaj da əbəs yerə deyildi: “Əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti və əməlləri təmiz olmalıdır”.   Həmin vaxtdan üç il keçməsinə baxmayaraq, cənab prezidentin çıxışından irəli gələn müddəaların, təklif və tələblərin mərhələli şəkildə həyata keçirildiyinin şahidi oluruq. Əminik ki, bu işlər uğurla davam etdiriləcək və Azərbaycanın beynəlxalq aləmdə yüksək olan mövqeyinin daha da artmasına gətirib çıxaracaqdır.   Yaşasın Müstəqil  Azərbaycan Respublikası!Zülfü Quliyev,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib36 dəfə
    9 fevral 2020 ci ildə keçirilən parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi

    Maraqlı gələ bilər
    39
    62
    85